Saat:09:50
Haqqımızda

ADLAR DƏYİŞİK DÜŞDÜ, VƏTƏNDAŞIN ÜNVANLI SOSİAL YARDIMI KƏSİLDİ… - DİN Goranboy sakininin iradlarına aydınlıq gətirdi…

2022-05-20 17:47:00

ADLAR DƏYİŞİK DÜŞDÜ, VƏTƏNDAŞIN ÜNVANLI SOSİAL YARDIMI KƏSİLDİ… - DİN Goranboy sakininin iradlarına aydınlıq gətirdi…

Xəbər verdiyimiz kimi, Goranboy rayonunun Tatarlı kənd sakini, 1973-cü il təvəllüdlü, Sahib Məhəmməd oğlu Məmmədovun sözlərinə görə adına maşın çıxdığı üçün sosial yardımı kəsilib.

Halbuki, o, bu ilin yanvarına qədər, 3 il müddətində sosial yardım alıb. Bu səbəbdən, Sahib Məmmədov Goranboy Rayon Polis Bölməsinə yaxınlaşaraq, adına çıxan avtomobilin əslində kimə aid olduğunu öyrənməyə çalışıb. Araşdırma zamanı məlum olub ki, adıma çıxan avtomobil Binəqədi rayonunda yaşayan, əslən Qubadlı rayon sakini, eyni ad və soyadlı şəxsə məxsusdur.

Şikayətçinin dediyinə görə polis şöbəsi tərəfindən adına avtomobil olmadığı təsdiqlənsə də, ona bu barədə rəsmi sənəd verilməyib. Bunun üçün vətəndaşın Gəncə Rayon Polis Bölməsinə yaxınlaşmalı olduğu bildirilib.

Vətəndaş qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə ümumiyyətlə məsələni həll etməkdə maraqlı görünmür.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis baş leytenantı Eşqin Qasımov Hurriyyet.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, həqiqətən də sözügedən məsələ ilə bağlı vətəndaş Məmmədov Sahib Məhəmməd oğlu Goranboy rayon Polis Şöbəsinə müraciət edib.

“Müraciət ilə əlaqədar şöbədə müvafiq araşdırma aparılıb və məlum olub ki, vətəndaşın soyadı, adı və atasının adı ilə oxşar Binəqədi sakini etibarnamə əsasında mülkiyyətində avtomobil var. Müraciət müəllifinə Baş Dövlət Yol Polisi İdarəsinin Gəncə regional Dövlət Qeydiyyat, İmtahan və Texniki Baxış Şöbəsinə müraciət edilərək mülkiyyətində hər hansı bir nəqliyyat vasitəsinin olmaması ilə rəsmi sənəd alması izah olunub”, - deyə Eşqin Qasımov bildirib.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR