Saat:04:23
Haqqımızda

"Adıma ləkə, qarayaxma gətirməyə cəhd edən "tryapka"lar... inanın, vecimə deyilsiniz..."

2024-02-06 17:04:54

Məşhur reper Ramil Nabran sosial şəbəkələrdəki paylaşımı ilə diqqət çəkib.

Hurriyyet.az xəbər verir ki, o, üstüörtülü paxıllığını çəkən şəxslərə söz atıb. İfaçı, onun uğurunu qəbul edə bilməyənlərin falçı yanına getdiyini iddia edib:

"Məni bir sənətçi kimi sevib sadəcə insan kimi hörmət qoyanların qarşısında baş əyir, əllərindən öpürəm. Siz həqiqətən də nəhəng qəlbə, təmiz ürəyə sahibsiniz. Fəqət aramızda pisliklər də var.

Mənim uğurumu, təbəssümümü uda bilməyənlər, cadugər, baxıcı yanına gedib, onları Allahla şərik tutub şirk qazanıb cəhənnəmi növbədənkənar qazanan xain və paxıl tullantılar, adıma ləkə, qarayaxma gətirməyə cəhd edən "tryapka"lar, inanın, vecimə deyilsiniz.

Boşuna özünüzü incitməyin, ay özündən xəbərsiz gülünc bədbəxtlər.

Dua edirəm və dualarla yaşayıram. Rəbbim, ey məni yaradan vahid Allahım, kim mənə nə edir ona yüz minini, milyonunu qaytar. Çünki qəlbləri görən sənsən", - deyə o əlavə edib.

Ölkə.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.229869