“ADIM LYONYADIR, ORADA LƏTİF ÇAĞIRIRDILAR” – Bizə doğma olan Lyonyanın bayram təbriki!

2022-12-31 11:31:00

“ADIM LYONYADIR, ORADA LƏTİF ÇAĞIRIRDILAR” – Bizə doğma olan Lyonyanın bayram təbriki!

“Yeni iliniz mübarək”!

Şirin Gəncə ləhcəsində deyilən bu cümlə sanki diksindirdi məni. Uzaq şimal diyarında yaşlı bir rus kişinin  yanımdan keçərkən bu cür deməsi mənə təəccüblü gəldi. Sən demə, arabir dükanımıza gələn bu dayı uzaqdan məni izləyirmiş, özüm də bilmədən.

Dilimi sayan, bir çoxlarımızın saymazyana yanaşdıgı, məni-mən edən, canımdan da çox sevdiyimə bir başqa millətdən olanın bu cür sevgiylə yanaşmasına laqeyd qala bilmədim.

“Rusam, Gəncədə dogulmuşam, 43 il əvvəl ordan bura gəlmişəm”, - dedi. Azərbaycan türkcəsində sərbəst danışırdı. 43 il əvvəl köçməsinə baxmayaraq, dilimizi hələ də bu cür yadda saxlamagına heyran olmamaq mümkün deyildi.

“Adım Lyonyadır, orada Lətif cagırırdılar” dedikdə, təbəssümündən Lətif adının daha çox xoşuna gəldiyini hiss etdim. Atasının işi ilə əlaqədar Gəncədə dogulmaq, taleyinə yazılan bu sarışın, mehriban, doğma insanın gənc yaşında Rusiyaya qayıtmasına də səbəb atasının işi olub.

“Azərbaycan yadında necə qalıb” sualını verdikdə, biləydiniz necə xoş sözlər dedi millətim haqqında, Gəncəmiz haqqında... Eşidən hər bir azərbaycanlının ürəyi daga dönərdi.

31 dekabrın indi bizdə iki bayram kimi qeyd olunduğunu doğma dilimizdə izah etdim ona.

Çox söhbət etməyə vaxtımız olmadığından, yaxın günlərdə görüşmək ümidi ilə ayrıldıq.

Ayrılanda nə desə yaxşıdır, mənə?! “Həmrəyliyimiz mübarək!”, - deyib getdi...

ŞAMİL


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.149472