Adil Kərimli bir mədəniyyət idarəsinin rəisini işdən çıxarıb, digərinə töhmət verib
2023-03-02 17:48:00

Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarılıb.
Mədəniyyət Nazirliyindən bildirilib ki, bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli əmr imzalayıb. Əmrə əsasən, Azər Yusubov işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilib.
Digər əmrlə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynova işində yol verdiyi ciddi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
azpolitika.info
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya