ADİL ƏLİYEV: “5-ci kolon” mövzusunu isə təsadüfən açmadım

2022-08-01 19:47:00

ADİL ƏLİYEV: “5-ci kolon” mövzusunu isə təsadüfən açmadım

“Xaricdə məskunlaşan və eyni zamanda xüsusi kəşfiyyat orqanlarının, mənfur, məlum istiqamətləndiricilərin əlində alət olan “söyüş müxalifəti” yenə öz ampluasındadır. Dayanmırlar, usanmırlar, günü-gündən daha da azğınlaşırlar, kəskinləşirlər, dezinformasiya siyasətlərini şaxələndirirlər, yuxuda gördüklərini həqiqət kimi ictimai rəyə sırımağa, insanlar arasında fikir ayrılığı yaratmağa çalışırlar. Amma məqsədlərinə nail ola bilirlərmi? Arzuladıqları alınırmı? Alınmır!! Mənim üçün onların sözləri murdar küçə itlərinin aciz hürüşü kimi bir şeydir. Çünki namərdlik, aşağılıq, ikiüzlülük, satqınlıq, nankorluq bunların alınlarına yazılıb. Hətta ara-sıra mədəni cümlə qurmaq istəyənlərin də maskası qısa müddət ərzində tezcə cırılır, əsl sima peyda olur, gerçək üzə çıxır. Gerçək də odur ki, bu yaramazlara, anaları evdə nə öyrədib, bunlarda cəmiyyət içində onu danışırlar”.

Hurriyyet.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, plintus hündürlüyündə belə olmayan həmin vətən xainləri təbii ki, müəyyən arxayınlıq, isti qucaq, böyük paralar müqabilində  belə davranırlar: “Heç şübhəsiz, onları danışdıran səbəb də xalq və millət sevgisi deyil. Onları danışdıran səbəb “verbovka” olduqları zaman üzərlərinə götürdükləri öhdəliklərdir, özlərini xarici hərraclarda 5 qəpik qiymətinə satışa çıxarmalarıdır, yarımçıqlıq, natamamlıq kompleksidir, Azərbaycanı sevməyən qüvvələrin əlində əsir-yesir qalmalarıdır. Hə, bir də “5-ci kolon”un yaramaz ünsürlərindən aldıqları əlavə güc və stimuldur! “5-ci kolon” mövzusunu isə təsadüfən açmadım. Çünki hakimiyyətdəki postundan əlləri əsə-əsə, gövdələri səndələyə-səndələyə gedənlər hələ də qara ambisiyalarının ardınca sürünməkdədirlər. İməkləyə-iməkləyə qalıblar. Gedib evdə nəvələri, nəticələri ilə oynamaq əvəzinə siyasətdə mənfur oyunlarına davam edirlər. Hikkələrini soyuda bilmirlər. İlana zəhər verən kərtənkələ obrazlarından əl çəkmirlər. Həmin haqqında danışdığım “söyüş müxalifəti” ilə əlbirlik nümayiş etdirirlər, dövlətin sütunlarını zədələməyə çalışırlar, bütün ləyaqətli insanlara qarşı cəbhə açırlar. Belələrinə qarşı susqun qalmaq olmaz. Hədəfə alınsaq da, yüz cür psixoloji təqiblərlə üzbəüz qalsaq da, videolarda, yazılarda, bloqlarda, statuslarda təhqir olunsaq da, yenə susqun qalmaz olmaz. Bir addım belə geri çəkilməməliyik. Bizi mənəvi aşınmaya məruz qoymaq istəyənlərin cavabını özümüzə, adımıza layiq şəkildə, peşəkarca, müdrikcə verməliyik. Problem o zaman olar ki, həmin siyasi mürdəşirlər, namərdlər bizi tərifləsinlər, haqqımızda xoş söz söyləsinlər. Tənqid edirlərsə, üzərimizə gəlirlərsə, deməli, düz yoldayıq, dövlətin yanındayıq, alnımız açıq və vicdanımız təmizdir. Məncə, Azərbaycan məhkəmələri səsli-küylü proseslərə indidən hazırlaşsınlar. Çünki xaricdəki vətən xainlərinin “5-ci kolon”un aparıcı üzvləri ilə bərabər ədalət mühakiməsi qarşısında dayanacaqları gün uzaqda deyil”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060143