Saat:21:43
Haqqımızda

Adambaşına 116 dollar: Qeyri neft-qaz ixracı Azərbaycana rekord gəlir gətirdi - FOTO

2021-07-30 15:05:00

Adambaşına 116 dollar: Qeyri neft-qaz ixracı Azərbaycana rekord gəlir gətirdi - FOTO

2021-ci ilin altı ayı ərzində Azərbaycanın 8,8 milyard dollarlıq ümumi ixracının 1,2 milyard dolları qeyri-neft sektoru üzrə olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin iyul sayında məlumat verilib.

Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 248 milyon dollar və ya 27,1 faiz artıb. Cari dövrdə ixracatın əsas hərəkətverici amili neft sektoru olsa da, bərpa dönəmində qeyri-neft ixracı üzrə pay 13,2 faizə qədər artıb. Baxılan dövr ərzində adambaşına düşən qeyri-neft və qaz ixracında artım müşahidə edilib. Belə ki, qeyri-neft və qaz ixracı üzrə 2017-ci ilin ilk altı ayı üzrə ildə 82 dollar, 2018-ci ildə 94 dollar, 2019-cu ildə 97 dollar olub. Pandemiya dönəmi ilə əlaqədar bu göstərici 91 dollara düşsə də, cari ilin altı ayında tarixdə ilk dəfə 116 dollar səviyyəsinə qalxıb.

2021-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat - pomidor (123,6 milyon dollar) birinci olub. Bu siyahıda pambıq mahlıcı ikinci (121,9 milyon dollar), qızıl isə üçüncü (107,9 milyon dollar) yerdə qərarlaşıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR