Adam var… - ŞEİR
2023-09-18 16:11:39

Adam var başına hey dolanasan,
Adam var görəndə uzaq durasan.
Adam var aləmə işıqdır, nurdur,
Adam var zülmətdir, dərin quyudur.
Adam var xeyirdir dili,əməli,
Adam var pislikdir,ilki, təməli.
Adam var açıqdır əli hər kəsə,
Adam var bir kəsə dəyməz səməri.
Adam var mülayim,səmimi gülər,
Adam var üz-gözü zəhrimar tökər.
Adam var təkəbbür yoxdur canında,
Adam var kibiri dünyanı sökər.
Adam var hamının sevimlisidir,
Adam var şeytanın ta kəndisidir.
Adam var Allahdır sözü,kəlməsi,
Adam var nadandır,şərdir qibləsi.
Adam var xalq onu rəhmətlə anar,
Adam var öldükdə lənətlər qalar.
Adam var haqqında dastan yazılar,
Adam var söyüş tək adı sanılar.
31.08.2023
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya