Aclıq təhlükəsi var: "həmrəylik dəhlizi" yaradılacaq

2022-06-20 09:00:00

Aclıq təhlükəsi var:

Odessa taxıl ixracında əsas rol oynayır, ona görə də taxılın daşınması üçün “həmrəylik dəhlizləri” lazımdır.

Hurriyyet.az xəbər verir ki, bunu AB-nin Ukraynadakı məsləhət missiyasının sədr müavini Frederik Uesslau deyib.

O bildirib ki, müharibəyə görə Ukraynanın taxıl ixrac etmək imkanı yoxdur və hazırda ixracın sadələşdirilməsi üçün “həmrəylik dəhlizləri”nə ehtiyac var:

"Taxıl daşıyan yük maşınlarının dövlət sərhədindən daşınmasının sürətləndirilməsi və sadələşdirilməsi nəzərdə tutulub. Bu, Ukrayna və Rumıniya hökumətləri arasında taxıl daşınmasını sürətləndirmək üçün daha çox nəzarət-buraxılış məntəqələrinin açılması ilə bağlı danışıqlara təkan verəcək. Qara dənizin blokadası bütün dünyada vəziyyətə çox mənfi təsir edir, aclıq təhlükəsi yaradır. Ona görə də sivil dünya Ukraynadan ixracın təmin edilməsində maraqlıdır. Təbii ki, taxıl ixracında əsas rolu Odessa oynayır. Avropalı tərəfdaşlar Ukrayna hökumətilə birlikdə taxılın sərhəddən necə daşınmasına dair müxtəlif imkanları müzakirə edirlər".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya