“Accessbank” məhkəməyə verildi
2024-11-15 13:39:05
“Accessbank”la bağlı məhkəmədə növbəti iş qaldırılıb.
Hurriyyet.az xəbər verir ki, bankla bağlı iddianı bankın müştərisi Əsədova İlahə Nazim qızı qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Bank müştəri ilə bağlanmış zaminlik müqaviləsinin şərtlərinə əməl etməyib. Bankla bağlı prosesə Məlikov Yaqub Aləm oğlu da cəlb edilib.
“Accessbank”la bağlı iş baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilib. 10 dekabr tarixində hakim Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, məhkəməyə verilən bankın İdarə Heyətinin sədri David Tsiklauridir. Bankın Baş Maliyyə İnzibatçısı isə Orxan İsmayılovdur.
Tərəfləri dinləməyə hazırıq./Tribunainfo.az/