Saat:21:11
Haqqımızda

“Ac” ermənilər üçün pampers və xunta rejimindən “dövlət naziri” təxribatı

2023-09-18 16:28:56

“Ac” ermənilər üçün pampers və xunta rejimindən “dövlət naziri” təxribatı

Dünən yazmışdıq ki, Ermənistanın və Qarabağdakı xunta rejiminin məqsədi Azərbaycanı məhz indiki anda təxribata çəkib, BMT Baş Assambleyasının 78-ci sessiyasında şivən qoparmaq, yaxa yırtmaqdır. Təxminlərimizi təsdiqləyən daha bir addım atıldı, Qarabağdakı qondarma rejimin başçısı Samvel Şahramanyan məhz bu gün, Nyu-Yorkda sessiyanın başlamasına bir neçə saat qalmış növbəti təxribata əl atdı.

Qarabağdakı xunta rejiminin rəhbəri sentyabrın 18-də Artur İvanoviç Arutyunyanın “dövlət naziri” təyin edilməsi haqqında “sərəncam” imzalayıb. Bu, alçaq təxribat deyilmi? Bu Artur Arayik Arutyunyanın qardaşıdır, üstəlik, qondarma “parlament”in “Azad vətən” “partiyası”ndan olan fraksiyasının rəhbəri. Vaxtaşırı Azərbaycan əleyhinə çərənləyir, “sonadək döyüşəcəklərini” deyərək başından böyük qələtlər edir. Şahramanyan bununla həm də Arayik Arutyunyan komandasını ələ almaq, eyni zamanda Nikol Paşinyana mesaj vermək, İrəvandan dəstəyin artmasına nail olmaq istəyir. Son günlər Paşinyan yenə də Qarabağı görməzdən gəlirdi, hətta Ermənistan prezidenti Xaçaturyan az qala “and içib ağu yalayırdı” ki, “Qarabağ “bizim dərdimizdir”. İndi Şahramanyan “bir güllə ilə bir neçə dovşan vurmaq istəyib”. Amma bizi maraqlandıran bu deyil. Qeyd etdiyimiz kimi, separatçıların başçısı bu addımı BMT Baş Assambleyası ərəfəsində atdı, Azərbaycanın sərt addım atmasına bəhanə yaradacağını düşünərək. Amma qanmır ki, Azərbaycanın “nəyi, nə zaman etmək lazım olduğunu” bilən lideri var, həmçinin bizə hər hansı bəhanə gərək deyil.

bmt_quds_ucun.jpg (60 KB)

Şahramanyan bu addımı ilə əslində, neçə vaxtdır “blokada”, “genosid” şivəni qoparanlara, elə ötən həftə ermənilərə Senatda yasxana açan Menendezə, Kimə tərs şapalaq vurmuş oldu. Axı, onlar ermənilərin “blokada”dan gəbərmək üzrə olduqlarını iddia edirdilər. Amma Xankəndidəki xunta rejiminin rəhbəri Ağdam-Əsgəran-Xankəndi marşrutu üzrə yük maşınının mənzil başına çatmasını oyuncaq “dövlət naziri” təyinatı ilə qeyd eləmiş oldu. Üstəlik də Laçın yolu ilə keçib gələn 23 ton un yüklü TIR-ın gəlişini. Beləliklə, Azərbaycan həm Ağdam, həm Laçın yolları ilə yüklərin keçidinə imkan yaratdığı – hətta separatçılar neçə gün idi buna maneə yaradırdılar – halda, Qarabağdakı cinayətkar rejim gərginliyi artıracaq növbəti alçaq addımı atmış oldular. Azərbaycan bəyan edir ki, ölkə ərazisində yaşamaq istəyənlərə hər cür təminat verilir, amma Qarabağdakı ermənilərin başında dayanan canilər deyirlər “yox, biz ayırca dövlətik, bu da bizim təzə dövlət nazirimiz”. İndi buyursun ermənipərəst dairələr, görək nə arqument gətirəcəklər, nə deyəcəklər! Bu fakt, həmçinin bundan əvvəlki “prezident seçkisi” tamaşası bir daha göstərdi ki, separatçı-terrorçu rejim Azərbaycanın antiterror əməliyyatı keçirməsini ürəkdən istəyir və arzulayır. İstisna deyil ki, mülki əhalini irəli verib, qırdırmaq istəyirlər, sonradan Azərbaycanı ittiham etməkdən ötrü. Müharibə dövründə bunların dinc əhalinin yaşadığı ərazilərdən Azərbaycanı atəşə tutmalarını çox görmüşük...  

Düzdür, sentyabrın 19-da Nyu-Yorkda öz işinə başlayacaq BMT Baş Assambleyasının əsas mövzularından biri Ukrayna ətrafındakı vəziyyət olacaq. Amma ermənilər istəyirlər ki, Qarabağ məsələsini də aktuallaşdırsınlar. Axı, son zamanlar BMT-dən də pis xəbərlər almaqdadırlar. Məsələn, BMT baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında “BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən qətnamələrini xatırlatmaq istərdik və Ermənistanı ona hərtərəfli hörmət etməyə çağırırıq”-demişdi. İndi elə bir “dəlil-sübut” əldə etməyə çalışırlar ki, “bizdə günah yoxdur”-deyib, zarısınlar. Hətta gecənin yarısı on illərdir girov saxladıqları mülki ermənilərdən 5-6 nəfəri qətlə yetirib, Azərbaycanı şərləməyə girişə bilərlər.  

svgu.jpg (77 KB)

Qarabağdakı cinayətkar rejimin potensial Azərbaycan vətəndaşlarına qarşı etdikləri ağlasığmazdır. Bunu özləri etiraf edir. Erməni blogger Natali Aleksanyan bildirib ki, Ermənistana gediş-gəliş üçün adambaşına 4 min dollar (!!!) tələb olunur. Təsəvvür edin, bunlar “blokada”, “dəhşəti vəziyyət” yarlıqlarının daha çox tirajlanması şəraitində milyonlar qazanırlar. Blogerin dediklərinə diqqət edin: “Əvvəl bizə deyirdilər ki, insanların çıxışına mane olan Azərbaycandır, indi məlum oldu ki, çıxılmaz vəziyyətdə olan insanlardan külli miqdarda pul qoparmaq üçün çıxışı bağlayan Qarabağın “avtoritetləri”dir (Rusiya Sülhməramlı Kontingenti və qondarma rejim-M.) Bu ağır günlərdə də cinayətkarlar milyonlar qazanmaq fürsətini əldən vermirlər. Mən bu qeyri-qanuni vəziyyətdən getdikcə daha çox məyus oluram”. Bunu hansısa azərbaycanlı yox, erməni bloger yazır.

23 apreldən etibarən Azərbaycan Laçın yolunda beynəlxalq hüququn tələb etdiyi qaydaların tətbiqinə başlayıb. Bu günədək yüzlərlə erməni hər iki istiqamətə keçib, hətta son zamanlar gedənlər daha çoxdur, nəinki qayıdanlar, “xəstə”, “tələbə” adı altında. Amma ötən həftəsonu Azərbaycan TV-lərinə müsahibələr verən ermənilərin bəziləri qanunsuz rejimin “ordusu”nda xidmətdə olduqlarını, hətta 44 günlük müharibədə döyüşdüklərini etiraf etdilər. Azərbaycan belə şəxslərin Qarabağdan çıxışına imkan yaratmaqla faktiki olaraq anons etdiyi amnistiya qaydalarını tətbiq etmiş olur. Ermənistan bu ölkənin ərazisinə səhvən daxil olmuş iki hərbçimizə işgəncə verərək, məhkəmədə onlara ağır elan etdi. Azərbaycan və Ermənistan nümunəsi göz önündə...

Qarabağdakı xunta rejimi Ağdamda üç həftədir gözlədilən un kisələri ilə dolu iki yük maşınımızı Xankəndiyə buraxmamaqda israrlı olduğunu davamlı şəkildə bildirir. “Ac”lıqdan “əziyyət çəkənlər”ə baxın. “Qırmızı Xaç”ın apardığı pampersləri necə həvəslə qəbul edirlər bu “ac-yalavac”lar. Yəqin bir azdan həmin pampersləri də baha qiymətə satışa buraxarlar...

Separatçılar Laçın yolu ilə gətirilən 23 ton unun ardınca Rusiyanın Rostov şəhərindən yardımın növbəti partiyasının gətiriləcəyini elan ediblər. Rusiyadan un gözləyənlər 25 km-likdəki 40 ton undan imtina edirlər. Bunlar aclıqdan yox, toxluqdan, harınlıqdan əziyyət çəkirlər, xüsusilə də bir ovuc ermənini əsir-yesir edən canilər. Düşünürlər ki, Xankəndiyə ancaq “Qırmızı Xaç”ın və Rusiya hərbçilərinin maşınları gedib-gələcək, həm Ağdam, həm Laçın yolu ilə. Qanmaq istəmirlər ki, Azərbaycan ərazisində ancaq Azərbaycan qanunları işləyəcək, bu gün də olmasa, sabah!/musavat.com/

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.198241