Abxaziyada müxalifət separatçı rejimin bütün idarələrini ələ keçirib
2024-11-15 17:58:06
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Abxaziyada müxalifət təmsilçiləri separatçı rejimin qondarma hökumət binaları kompleksini nəzarət altına ala biliblər.
Hazırda qondarma parlament, Nazirlər Kabineti, prezident administrasiyası binaları müxalifətin əlindədir.
TASS informasiya agentliyinin məlumatına görə, güc strukturlarının əməkdaşları həmin binaları tərk edirlər.
Hürr Tərcüman