Saat:08:07
Haqqımızda

Abutalıb Səmədov partiyasının ləğvindən danışdı: "Ya birləşib iri partiyalara çevrilmək, ya da siyasi arenadan çəkilmək lazımdır"

2023-03-27 15:33:00

Abutalıb Səmədov partiyasının ləğvindən danışdı:

Xəbər verdiyimiz kimi, Azərbaycanda bu ilin mart ayında 5 siyasi partiya fəaliyyətini rəsmi olaraq dayandırıb. zərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul edib.

Azərbaycan Naminə Alyans Partiyası (ANAP) sədri Abutalıb Səmədov açıqlamasında partiyasının fəaliyyətinin dayandırmasını barədə xəbəri təsdiqləyib.

O, “Siyasi partiyalar haqqında" yeni qanun qəbul olunduqdan, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmək üçün 5 min nəfərin imzası tələb edildikdən sonra yerində vəziyyəti araşdırmaq qərarına gəldiklərini bildirib:

"İmkanlarımızı götür-qoy etdik. Məlum oldu ki, 5 min nəfərin imzasını verilən 6 ay ərzində toplamaq mümkündür. Lakin insanların böyük əksəriyyəti siyasi partiyalara qarşı o qədər də isti münasibət göstərmirlər. Hətta siyasi partiyaların çoxluğunu cəmiyyəti parçalamaq cəhdi kimi qiymətləndirirlər. Respublikadakı reallığı nəzərə alıb belə bir təkliflə çıxış etdim ki, əgər partiyalar birləşməyə, sanballı siyasi partiya ortaya çıxarmağa cəhd göstərmirlərsə, nəyin bahasına olursa, kiçik partiyaların rəhbəri kimi davam etmək istəyirlərsə, biz bu vəziyyətdə cəsarətli addım atmalıyıq. Həm də digər partiyalar üçün də nümunə ola biləcək addım atmağa qərar verməliyik. 

Mən təklif etdim ki, Azərbaycanın ən aktiv partiyalarından olan 1995-2000-ci il parlament seçkilərində proporsional qaydada iştirak edən bir neçə partiyadan biri, Prezident seçkilərində aktiv iştirak edən Azərbaycan Naminə Alyans partiyasının ləğv olunması barədə qərar qəbul edək. Təbii ki, etiraz edənlər də oldu. Biz belə bir qərarın qəbul edilməsini düzgün saydıq və qurultay belə bir qərar qəbul etdi. 

Ümid edirik ki, digər partiyalarda bu cür yaşamağın və fəaliyyət göstərməyin mənasız olduğunu anlayacaqlar. Ya birləşib iri partiyalara çevrilmək,  ya da siyasi arenadan çəkilmək lazımdır! Bundan sonra öz fəaliyyətimi siyasi ekspert kimi davam etdirmək fikrindəyəm. Başqa təkliflər də var, onların da üzərində işləyirik. Ola bilsin ki, yeni layihələrlə ortaya çıxmaq imkanımız olsun".

Demokrat.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR