Abşeronda şirkətdə partlayış: ölən var

2022-09-21 09:44:00

Abşeronda şirkətdə partlayış: ölən var

Abşeronda şirkətdə avtomobilin təkəri partlayıb, ölən var.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si saat 11 radələrində rayonun Aşağı Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsində yerləşən Şinkar Holding MMC-yə məxsus yük avtomobillərin müvəqqəti dayanacağında qeydə alınıb.

Belə ki, 1976-ci il təvəllüdlü Nazim Babaverdi oğlu Abdulxalıqov təkər təmiri işləri aparan zaman ehtiyatsızlıqdan yük avtomobilin təkərində sıxılmış havanın partlaması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.080744