Abşeron Logistika Mərkəzində yoxlamalar BAŞLAYIB - Sabiq sədrlə “BAŞ BROKER”Ə “STOP”

2022-07-27 21:58:00

Abşeron Logistika Mərkəzində yoxlamalar BAŞLAYIB - Sabiq sədrlə “BAŞ BROKER”Ə “STOP”

Dövlət Təhlükəsizlik Xidmətinin Gömrük Komitəsində apardığı əməliyyatdan bir aydan çox zaman ötsə də, hələ də Komitənin fəaliyyəti ciddi təftiş olunmaqdadır.

Hurriyyet.az bildirir ki, bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumat görə bir neçə qurum tərəfindən fəaliyyəti ciddi təftiş olunan müəssisələrdən biri də Abşeron Logistika Mərkəzidir. Yoxlamaya səbəb Abşeron Logistika Mərkəzinin törəmə şirkətlərindən olan “Absheron Contaıner” və “Milli Broker” şirkətlərinin fəaliyyətində olan şübhəli məqamlardır.

İddialara görə bu təşkilatlar gömrük rəsmiləşdirilməsi, bəyannamələrin tərtibi və idxal-ixrac əməliyyatlarında saxtakarlığa yol veriblər.

Abşeron Logistika Mərkəzində yoxlamalar BAŞLAYIB - Sabiq sədrlə “BAŞ BROKER”Ə “STOP”


Ziya Ağayev
Qeyd edək ki, Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayevdir.

Abşeron Logistika Mərkəzi 13 avqust 2018-ci ildə fəaliyyətə başlayıb.


Əbülfəz Məlikov
Bu gün yerli mediada yayılan xəbərlərə görə Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin ölkədən çıxışına “stop” qoyulub. Əldə etdiyimiz digər məlumatda isə ölkədən çıxışına qadağa qoyulan şəxslərin arasında broker fəaliyyəti ilə məşğul olan bir neçə şirkətin rəhbərləri də var. Uzun illərdir Azərbaycanda Gömrük sistemində “broker” monopoliyasına rəhbərlik edən Əbülfəz Məlikovun da ölkədən çıxışına qadağa qoyulduğu deyilir.

Xatırladaq ki, DTX-nin Gömrük Komitəsində keçirdiyi əməliyyat zamanı Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində işləyən Ehtiram Xəlilov və Gömrük Xidmətinin əməliyyat və istintaq baş idarəsinin rəisi Məsum Rəsulov həbs ediliblər.

Qeyd: Abşeron Logistika Mərkəzindən e.mail ünvanımıza göndərilən açıqlamada bildirilir ki, mərkəzdə hər hansı yoxlamalar aparılmır və adı qeyd edilən şirkətlərin fəaliyyətlərində də heç bir qanun pozuntuları yoxdur.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055493