ABŞ Zelenskinin yerinə erməni Avakovu gətirmək istəyir? - Rusiya kəşfiyyatı
Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti ABŞ-ın Ukrayna Prezidenti Vladimir Zelenskini keçmiş daxili işlər naziri Arsen Avakov ilə əvəzləmək imkanını nəzərdən keçirdiyini iddia edir. Kəşfiyyat idarəsi hesab edir ki, Qərb bu dəyişikliyi Rusiya ilə danışıqlar aparmaq üçün daha əlverişli variant hesab edir.
Rusiya kəşfiyyatının yerli mətbuata açıqlamasında iddia edilir ki, Amerika elitasında Vladimir Zelenskidən narazılıq artdığı üçün onu başqası ilə əvəz etmək istəyirlər: "Həm Demokratlar, həm də Respublikaçılar partiyasında Kiyevə verilən milyardlarla dollar hərbi yardımın məqsədyönlü istifadəsi ilə bağlı şübhələr getdikcə daha ucadan səsləndirilir. Zelenskinin düşünmədən atdığı addımlar münaqişənin Ukrayna sərhədlərindən çox uzağa çıxması təhlükəsi yaradır".
Hürr Tərcüman