ABŞ Yunanıstanda daha 4 hərbi baza yaratdı-Rusiyaya yoxsa Türkiyəyə qarşı?

2022-06-02 14:13:00

ABŞ Yunanıstanda daha 4 hərbi baza yaratdı-Rusiyaya yoxsa Türkiyəyə qarşı?

Dörd yeni baza ilə Yunanıstandakı ABŞ bazalarının sayı 9-a çatdı. 2021-ci ilin iyul ayında ABŞ Aleksandropolisdə 400 tank və zirehli texnika yerləşdirdi. Türkiyə prezidenti Ərdoğan bu bazalar haqda, onlar “Rusiyaya qarşı deyil, Türkiyəyə qarşı qurulur” deyə açılqlama vermişdi.
Yunanıstan parlamenti bu ərəfədə Vaşinqtonda 2021-ci ilin oktyabrında ABŞ ilə imzalanmış qarşılıqlı müdafiə sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib. Bu sənədlə tərəflər müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək və genişləndirmək qərarına gəliblər. Razılaşmada Volosdakı Georgula kazarmaları, Litoxorodakı atış poliqonu, Aleksandrupolisdəki Yannuli kazarmaları və Suda bazası ABŞ-ın istifadə edə biləcəyi obyektlər sırasındadır. Nəticədə, 28 may 1969-cu ildə ABŞ-a açılan Kritdəki Suda bazasına birinci dərəcəli dəniz zabitinin komandanlığı altında 16 nəfər üçün dörd yeni baza əlavə edildi. Bundan əvvəl isə ABŞ İskiri erkən xəbərdarlıq bazasını, Salamis dəniz bazasını, Kastelli, Kalamata və Andravida hava bazalarını istifadə edib. Bu saziş ABŞ ilə 8 iyul 1990-ci ildə imzalanmış tərəflərin bir-birinin təhlükəsizliyini, suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü sülhü təhdid edən hərəkətlərdən, o cümlədən silahlı hücum və ya təcavüz təhlükəsindən qorumağı öhdəsinə götürdüyü qarşılıqlı müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin davamıdır. Sənəddə qeyd edilir ki, tərəflərin qarşılıqlı razılığı ilə və müvafiq dövlətdaxili prosedurlar çərçivəsində ABŞ Yunanıstan silahlı qüvvələrinin obyektlərindən və digər regionlarda istifadə edə bilər. 2021-ci ilin oktyabr yeniləməsində ABŞ tərəfindən icarəyə götürülmüş Volosdakı Georgula kazarmaları, Litochoro atıcılıq poliqonu, Aleksandrupolisdəki Yannouli kazarmaları və Souda bazası da xatırlanır. Yunanıstan parlamentində razılaşma 181 lehinə, 119 əleyhinə səslə təsdiqlənib. Müqavilə müddətinin bitməsinə iki il qalmış tərəflər başqa cür bəyan etmədikləri təqdirdə müqavilənin avtomatik uzadılmasına dair müddəa Yunan müxalifətinin mənfi reaksiyasına səbəb olub və bunu müqavilənin qeyri-müəyyən müddətə uzadılması kimi şərh edib. ABŞ-ın Yunanıstanın Aleksandrupolis şəhərində qurduğu baza nəhəng arsenala çevrilib. Yuxarıda dediyimiz kimi 2021-ci ilin iyul ayında Pentaqon buraya ən azı 400 tank və zirehli texnika çatdırıb. Baza Türkiyədən cəmi 45 kilometr aralıda yerləşir.
Obrazlı şəkildə desək, Türkiyənin "qulağının dibində" yaradılmış hərbi bazaların Rusiyaya qarşı qurulmasına inanmaq üçün gərək sadəlövh olasan. Hərçənd Vaşqinton bu ehtimalların varlığına yaşam haqqı vermir, amma arxa planda Kreml ilə "pərdəarxası oyun" oynayan, Ukraynanı Moskvaya yem edən Ağ Evə inanmamaq üçün hər cür əsasımız var. Nəzərə almalıyıq ki, 300 illik imperiya dönəminin ardınca çöküş mərhələsinə qədəm qoyan Rusiya imperiyasının "can verməkdə " olması bütün əlamətləri ilə özünü biruzə verir. Eləcə də Türkiyənin də qarşıdan gələn yeni dövrdə yüksəliş dönəminə girməsi bütün ekspertlər tərəfindən qeyd olunur. ABŞ isə "göylərin hökmü ilə ulduzu parlamaqda olan" yüksəliş dövrünə qədəm qoyan Türkiyənin öz nəzarətindən çıxmasının qarşısını almaq və Ankaranı cilovlamaq üçün özünün "Troya atı" olan Yunanıstanı prosesə qoşur.    
Xatırladaq ki, prezident Ərdoğan Bakıdan qayıdarkən ABŞ-ın Yunanıstandakı bazalarına da diqqət çəkib. "Hazırda ABŞ-ın Yunanıstanda 9 bazası var. Bu bazalar kimə qarşı yaradılır, niyə yaradılır? Deyirlər ki, Rusiyaya qarşıdırlar. Yalandır, doğru deyil. Bütün bu hadisələr fonunda, onların Türkiyəyə münasibəti göz qabağındadır”, deyə prezident Ərdoğan bildirib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya