ABŞ Yunanıstana 15 ədəd F-15 təyyarəsi göndərdi

2021-10-13 14:44:00

ABŞ Yunanıstana 15 ədəd F-15 təyyarəsi göndərdi

 

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, ABŞ Yunanıstana 15 ədəd F-15 təyyarəsi göndərib.  Amerika Hava Qüvvələri Agentliyinin təlimin müdafiə strategiyası çərçivəsində keçirildiyini bildirsə də, Yunanıstanda iddialar çox fərqlidir.

Hazırda Yunanıstanın Larissa bazasına yerləşdirilmiş təyyarələr bundan əvvəl ABŞ-ın Şimali Karolina ştatındakı Ceymur Conson Hava Qüvvələri bazasında saxlanılıb, 336-cı hücum donanmasının ixtiyarında olub. 

Təlim ABŞ-ın Qara dəniz bölgəsindəki müdafiə strategiyası çərçivəsində keçiriləcək.

ABŞ-ın NATO müttəfiqləri ilə birlikdə əməkdaşlıq sahəsində məhsuldarlığının artırılması planlaşdırılıb. Təlimlərin keçirilməsində əsas məqsədin böhran zamanı reaksiya vermək qabiliyyətinin inkişaf etdirmək olduğu deyilir.

Yunanıstanda isə fərqli iddia səsləndirilir. Yunan ordusu təyyarələrin təkcə təlim üçün gəlmədiyini bildirib. Yunanıstanın Baş Qərargah rəisi təyyarələrlə bağlı çıxış edərkən hava dəstəyi,hava döyüşü, müdafiə, quruda və dənizdəki hədəflərə, donanmaya hücum dəstəyi istiqamətində birgə təlimlər keçiriləcəyini bilidirib.

Təyyarələr müdafiə sahəsində ABŞ-la əməkdaşlıq razılaşmasının yenilənməsindən əvvəl Yunanıstana göndərilib. Müqavilə 14 oktyabr tarixində, Vaşinqtonda yenilənəcək.  Amerikanın Yunanıstanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı “təminat məktubu” yazması da gözlənilir. 

Hürr Tərcüman