ABŞ Yəmənin paytaxtını vurdu - Ölənlərin sayı açıqlandı
2025-03-17 11:12:58

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Yəməndə hakimiyyətdə olan husilər ABŞ qüvvələrinina aviazərbələri nəticəsində 53 nəfərin həlak olduğunu bəyan ediblər.
Ölkənin de-fakto Səhiyyə Nazirliyinin məlumatına görə, həlak olanların 5 nəfəri uşaqdır. 9 qadın və uşaqlar da daxil olmaqla, 98 nəfər yaralanıb.
Husilərin bəyanatında ABŞ-ın Səna şəhərində və ölkənin digər vilayətlərinə zərbələri pislənilir, bu zərbələr "Amerika Birləşmiş Ştatlarının cinayət dosyasını ağırlaşdıran əsl hərbi cinayətlər" adlandırılır.
Hürr Tərcüman
