ABŞ Yəməni bombaladı. Afrikalılar həlak oldular
2025-04-28 14:14:26
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ qüvvələrinin Yəməndə miqrantların sığınacağına vurduğu zərbə nəticəsində azı 30 nəfər həlak olub, 50 nəfər yaralanıb.
Afrikadan olan mühacirlərin yerləşdirildiyi mərkəz Yəmənin şimal-qərbindəki Saad şəhərindədir.
Bu barədə Yəməndə hakimiyyətdə olan "Ənsar Allah" təşkilatına məxsus "Al Masirah" telekanalı məlumat verib.
Yaralılar xəstəxanalara çatdırılıblar.
Hürr Tərcüman
