ABŞ Yaxın Şərq ölkələri ilə birgə İran təhdidinə qarşı dron şəbəkəsi yaradır

2022-09-01 15:13:00

ABŞ Yaxın Şərq ölkələri ilə birgə İran təhdidinə qarşı dron şəbəkəsi yaradır

“The Wall Street Journal” qəzeti yazır ki, Amerika Hərbi Dəniz Qüvvələri İranın bölgədəki hərbi təhdidlərinin qarşısında durmaq üçün İsrail, Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələri ilə birgə dron şəbəkəsini işə salmaq üzərində işləyir.
Məlumatda Amerika Hərbi Dəniz Qüvvələri gələn ilin yayınadək bölgə ölkələrində Misirdəki Süveyş kanalından İran sahillərinə qədər davam edəcək 100 ədəd kiçik müşahidə dron şəbəkəsini yerləşdirməyi planlaşdırır.
Hesabata görə, həmin insansız uçaqlar əldə etdiyi məlumatları Amerika Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanmasına göndərəcək. Digər tərəfdən, Pentaqonun Manamadakı robot texnikası komanda mərkəzi pilotsuz təyyarələrin işinə nəzarət edəcək.
Habelə, daha öncə İsrail mediası Bayden hökumətinin İranın təhdidlərinə qarşı İsrail ilə Misir, İordaniya və İraq da daxil olmaqla altı ərəb ölkəsi arasında müdafiə-əmniyət sahəsində əməkdaşlıq sazişi imzalamağa çalışdığını bildirmişdi.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056079