Saat:04:19
Haqqımızda

ABŞ Yaponiyadakı hərbi varlığını gücləndirir

2024-03-25 13:32:54

ABŞ Yaponiyadakı hərbi varlığını gücləndirir

Hurriyyet.az xəbər verir ki, "Financial Times" (FT) nəşri məlumatlı mənbələrə istinadla Vaşinqton ilə Tokionun Amerikanın Yaponiyadakı hərbi qüvvələrində irimiqyaslı dəyişikliklər aparmaq planını elan edəcəklərini yazıb. ABŞ-ın Yaponiyadakı hərbi varlığı artıq 60 ilddən artıq müddətdə davam edir.
Qəzet yazır: "ABŞ Prezidenti Co Bayden ilə Yaponiyanın Baş naziri Fumio Kisida Yaponiyadakı ABŞ Hərbi Komandanlığının strukturunun dəyişdirilməsi planını elan edəcəklər. Məqsəd ölkələr arasında operativ planlaşdırılmanın və təlimlərin təkmilləşdirilməsidir".
FT nəşrinə məlumat verən mənbələrin sözlərinə görə, liderlər həmin plan barəsində aprelin 10-da, Kisidanın Ağ Evə səfəri zamanı açıqlama verəcəklər.
Məlumata görə, bu, 1960-cı ildən bəri əməkdaşlığın ən güclü səviyyədə möhkəmləndirilməsi olacaq. 1960-cı ildə Vaşinqton ilə Tokio "Təhlükəsik sahəsində qarşlıqlı əməkdaşlıq və təminat müqaviləsi" imzalayıblar.
Məqalədə yazılır ki, bu addımlar Çindən gələn təhdidlərin artması fonunda atılıb.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.169039