ABŞ və Ukrayna müdafiə nazirləri görüşdü - Video

ABŞ və Ukrayna müdafiə nazirləri Lloyd Ostinlə Aleksey Reznikov arasında görüş keçirilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ostin öz tviter hesabında məlumat verib.
Görüşdən video paylaşan müdafiə naziri bildirib: “Yaxın dostum və ukraynalı həmkarım Aleksey Reznikovla ünsiyyət qurmaq həmişə xoşdur. Ötən il ərzində Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun üzvləri Ukrayna üçün çox böyük imkanlar yaradıblar. Biz lazım olduğu müddətcə onlara dəstək olacağıq”.
Qeyd edək ki, müdafiə nazirlərinin görüşü “Ramşteyn formatı” kimi tanınan Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (Ukraine Defense Contact Group – UDCG) iclasından öncə baş tutub.
İclasın gündəliyində Ukraynada hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi aviasiyanın gücləndirilməsi məsələləri var.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya