Saat:00:37
Haqqımızda

ABŞ və Rusiya: İstanbulda II görüşün vaxtı açıqlandı

2025-04-08 21:43:51

ABŞ və Rusiya: İstanbulda II görüşün vaxtı açıqlandı

İstanbulda Rusiya Federasiyası ilə ABŞ arasında məsləhətləşmələrin ikinci raundunda Rusiya nümayəndə heyətinə Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, Amerika nümayəndə heyətinə isə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Danışıqların aprelin 10-da baş tutacağı gözlənilir.

Qeyd edək ki, bundan öncəki Rusiya-Amerika məsləhətləşmələri fevralın 27-də İstanbulda baş tutub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.163850