Saat:13:00
Haqqımızda

ABŞ və Rusiya danışıqları bu gün Mayamidə davam etdirəcəklər

2025-12-21 12:30:11

ABŞ və Rusiya danışıqları bu gün Mayamidə davam etdirəcəklər

Hurriyyet.az xəbər verir ki, Ukraynadakı müharibənin həlli ilə bağlı ABŞ və Rusiya nümayəndə heyətləri arasında birbaşa danışıqların ikinci mərhələsi Mayamidə davam edəcək. Şənbə günü başlayan görüşlər xüsusi elçi Stiv Vitkoff, Cared Kuşner və Rusiya nümayəndəsi Kirill Dmitriyevin iştirakı ilə keçiriləcək.

Şənbə günü Mayamidə keçirilən danışıqlar sessiyası başa çatdıqdan sonra Rusiya nümayəndəsi Kirill Dmitriyev jurnalistlərə ABŞ-ın xüsusi elçisi Stiv Vitkoff və Donald Trampın kürəkəni Cared Kuşner ilə görüşün konstruktiv xarakteri barədə məlumat verib. Onun sözlərinə görə, müzakirələr bazar günü davam edəcək.

Dövlət Departamentinin rəhbəri Marko Rubio Floridadakı məsləhətləşmələrə qoşula bilər.

Xatırladaq ki, bir gün əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, hazırkı danışıqlar davamlı sülhə gətirib çıxarmazsa, Avropa Ukrayna ilə əməkdaşlıq çərçivəsində Rusiya diktatoru Vladimir Putinlə əlaqəni bərpa etmək ehtiyacı ilə üzləşəcək.

NURAY