Saat:03:04
Haqqımızda

ABŞ VƏ İNGİLTƏRƏ ARASINDA UKRAYNA UĞRUNDA RƏQABƏT GÜCLƏNİR...

2025-02-12 13:26:30

ABŞ VƏ İNGİLTƏRƏ ARASINDA UKRAYNA UĞRUNDA RƏQABƏT GÜCLƏNİR...

ABŞ  prezidenti  Donald Trampın xüsusi  nümayəndəsi  bu  günlərdə  Rusiya  Fedarasiyasının paytaxtı Moskvaya  gəlib. ABŞ  təmsilçisinin  Rusiya  tərəfi  ilə  apardığı  danışıqların  əsas mövzusu  üç  ildir davam  edən  Rusiya-Ukrayna  müharibəsində  atəşkəsə nail olmaqdır. 
ABŞ-Rusiya-Ukrayna  siyasətçiləri  arasında  aparılan gizli danışıqların  aşkara  çıxdığı  məlum  olur.  Ukrayna prezidenti Vladimir Zelenski  keçən ilin payızında “qələbə planı”nın təqdimatı zamanı vurğulamışdı ki, Ukrayna təbii ehtiyatlara - dəmir ,  uran, titan, litium, qrafit və digər metallara sahibdir və  bu sərvətlər trilyonlarla ABŞ dolları dəyərindədir.
Prezident  Donald Tramp  da  ABŞ-ın Ukraynaya avropalı müttəfiqlərindən daha çox hərbi və iqtisadi yardım göstərdiyini vurğulayaraq,  Vaşinqtonun  Ukraynanın qiymətli metallarına çıxışını təmin edəcək saziş bağlamaq niyyətində olduğunu  bildirib. 
Məlumatlara  görə,  Tramp  Ukraynanın  təhlükəsizliyini  təmin  etməyin  əvəzində, bu  ölkənin  trilyon dollarla  dəyərləndirilən  təbii  sərvətlərini  tələb  edir.
Ukrayna  tərəfi  də  ölkəsinin  təhlükəsizliyini  təmin etmək  baxımından ABŞ-ın qarantisini ala bilmək üçün ərazisindəki faydalı qazıntıların [ dəmir , uran , titan ,  litium , qrafit  və s.] "Ağ  Ev"in   nəzarətinə keçməsinə razıdır. Lakin o da  məlumdur  ki, bu  yaxınlarda Ukrayna ilə İngiltərə arasında 100 illik müddətə strateji  saziş  imzalanmışdı.

Diğər  tərəfdən,  2022-i ildə  Türkiyənin  İstanbul  şəhərində  Rusiya - Ukrayna  müharibəsində  atəşkəs razılaşması  haqqında  danışıqlar  aparılarkən , bu  razılaşma   İngiltərənin  müdaxiləsi  nəticəsində pozulmuşdu.
Bu  reallıqlar  göstərir ki, Ukrayna uğrunda  ABŞ  və İngiltərə arasında  ciddi  rəqabət  mövcuddur. Görünən  budur  ki , ABŞ  istəyinə  çatmaq  üçün  müharibənin  dayandırılmasına  tələsir. İngiltərə  isə, əksinə, ABŞ-ın   planını  pozmaq üçün müharibənin davam  etməsinə  çalışır.

Odur  ki,  əzəli  müttəfiqlər  olan  Böyük  Britaniya  ilə  ABŞ  arasında pul , var-dövlət,  trilyonları mənimsəmək  uğrunda gərginliyin artacağı  gözlənilir. Hadisələrin  gedişi  göstərir  ki,  Ukrayna müharibəsindən  sonra  durum  aşağıdakı  kimi  olacaq:
1. Ukrayna  Krım , Zaporojye , Donetsk  və  Luqansk  vilayətləri  ilə   vidalaşmalı  olacaq;
2. Rəsmi  Kiyev   uzun  illər  Londonla  Vaşinqton  arasında  seçim  etmək  çətinliyi  ilə  üzləşəcək ;
3. İqtisadi  baxımdan çox  ağır duruma  düşdüyü  üçün  Rusiya  get - gedə  zəifləyəcək  və  süquta uğrayacaq .
Ukrayna  siyasətçiləri  güclənmədən , müharibəyə  tam  hazır  olmadan  Qərbin "demokratiya" , "insan haqqları"  kimi  şirin  vədlərinə  inanaraq , Rusiya  İmeriyası  ilə  qarşıdurmaya  getdiyi  üçün öz  xaıqının faciələr  yaşamasına  səbəb  oldu.
Hesab  edirik  ki ,  Azərbaycan  dövləti  geopolitik  durumu  düzgün qiymətləndirir.
Rəsmi  Bakının  yürütdüyü ehtiyatlı, tarazlı  siyasəti  dövlətimizi  və  xalqımızı  təhlükələrdən  qoruyur.

Qəvami  SADIQBƏYLİ

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.158401