Saat:08:21
Haqqımızda

"ABŞ və Fransanın cəhdlərinə baxmayaraq, Azərbaycan Minsk Qrupu formatına qayıtmayacaq" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2021-09-22 11:57:00

"Görünür, Vaşinqton Rusiya sülhməramlı qüvvələrinin Qarabağda mövqelənməsi səbəbindən rəsmi Bakıya qəzəblidir"

"ABŞ-ın Ermənistan siyasətində baxışı bu ölkə ilə Azərbaycan arasında sülh imkanlarına mənfi təsir edir. Belə ki, ABŞ prezidenti Co Bayden və dövlət katibi Blinkenin Ermənistanın müstəqilliyi günü münasibətilə ünvanladığı məktubu Ermənistan-Azərbaycan arasında böhranın davam etməsinə, revanşist qüvvələrin maraqlarına xidmət edən bir açıqlama kimi xarakterizə etmək olar". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq hesab edir ki, ABŞ belə bir ritorikaya getməməli idi: "Görünür, Vaşinqton Rusiya sülhməramlı qüvvələrinin Qarabağda mövqelənməsi səbəbindən rəsmi Bakıya qəzəblidir. ABŞ prezidentinin əsirlərlə, həmçinin "status" məsələsi və Minsk Qrupunun fəaliyyəti ilə bağlı mesajı Cənubi Qafqazda uzun müddətli sülh imkanlarını hədəf alır. Bununla, rəsmi İrəvanın ritorikasının dəyişməsinə gətirib çıxarır. Məhz ötən gün Ermənistanın baş naziri Nikol Paşinyanın iki erməni dövlətindən bəhs etməsi və Qarabağ məsələsini qabartması bunun nəticəsidir".

Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, ABŞ-ın Ermənistandakı səfiri demək olar ki, hər gün "Dağlıq Qarabağ problemini" gündəmə gətirir: "Həmçinin, "status" məsələsinin vacibliyini qeyd edir. Görünür, səfirə təlimat birbaşa ABŞ-dan verilir. Yoxsa, səfir belə bir açıqlama ilə çıxış edə bilməzdi. ABŞ-ın bu mövqeyi rəsmi İrəvanın mövqelərinə təsir edəcək və Nikol Paşinyanın Azərbaycanla hər hansı danışıqlarda Vaşinqtonun gündəmə gətirdiyi təkliflərlə çıxış etməsi mümkündür. Təbii ki, bu halda Azərbaycan danışıqlar aparmayacaq və proses Ermənistanın ziyanına olacaq. ABŞFransanın bütün cəhdlərinə baxmayaraq, Azərbaycan Minsk Qrupu formatına qayıtmayacaq. Təbii ki, ABŞ-ın bu siyasəti Ermənistanda mövqelərini möhkəmləndirməyə və regionda təsirinin güclənməsinə hesablanır. Vaşinqton və Bakı arasında soyuq rüzgarlar əsir. Rəsmi Bakı Vaşinqtonla təmasları artırmalı, Ağ Ev və Dövlət Departamentinin siyasətində Azərbaycanla bağlı müsbət siyasətin formalaşmasına çalışmalıdır. Vaşinqtonla söz və diplomatik dartışma məqbul deyil. Rəsmi Bakı Vaşinqtonla təmasları artırmalıdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.179366