Saat:22:34
Haqqımızda

ABŞ Ukraynaya yüzmilyonlarla dollar HƏRBİ YARDIM AYIRACAQ

2021-12-07 23:55:00

ABŞ Ukraynaya yüzmilyonlarla dollar HƏRBİ YARDIM AYIRACAQ

ABŞ-ın 2022-ci il üçün hərbi büdcə layihəsində Ukraynaya 300 milyon dollar hərbi yardımın ayrılması nəzərdə tutulub.

Bu, Amerika administrasiyasının tələb etdiyindən 50 milyon dollar daha çoxdur.

Qanun layihəsində bu məbləğin Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində ayrılacağı bildirilib.

Qeyd edək ki, büdcə layihəsi Prezident Co Bayden tərəfindən imzalanmadan öncə Nümayəndələr Palatası və Senatda təsdiq olunmalıdır. Sənədə əlavə düzəlişlər də istisna edilmir.

Mənbə: mk.ru

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR