Saat:04:43
Haqqımızda

"ABŞ Ukraynaya yardımları bərpa etməyə məcbur oldu" - ŞAHİN CƏFƏRLİ

2024-05-24 13:08:00

"Görünən odur ki, Bayden administrasiyasının bir qanadı Ukraynanı çıxılmaz vəziyyətə salıb, masaya əyləşdirmək və atəşkəs imzalatmaq istəyirdi"

"S-400 özünü ATACMS raketlərindən müdafiə etməyə çalışır, amma alınmır. Təəssüf ki, Bayden hökuməti bu raketlərin və digər silahların Ukraynaya çatdırılmasını uzun müddət ləngitməklə Rusiyanın cəbhədə dönüş yaratmasına kömək etmiş oldu". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli qeyd edib.

Siyasi şərhçi fikrincə, görünən odur ki, Bayden administrasiyasının bir qanadı Ukraynanı çıxılmaz vəziyyətə salıb, masaya əyləşdirmək və atəşkəs imzalatmaq istəyirdi: "Lakin Rusiyanın ötən ilin oktyabrından 600 minlik ordu ilə bütün cəbhə boyu hücuma keçməsinə baxmayaraq, Ukrayna ordusu məhdud imkanlarla dirəndi və cəbhənin yarılmasına imkan vermədi. Nəticədə ABŞ yardımları bərpa etməyə məcbur oldu".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.270781