ABŞ Ukraynaya vermək üçün haubitsa mərmilərini Avropaya çatdırır

2022-04-21 15:08:00

ABŞ Ukraynaya vermək üçün haubitsa mərmilərini Avropaya çatdırır

Anonim mənbənin CNN telekanalına verdiyi məlumata görə, ABŞ Avropaya Ukraynaya vermək üçün haubitsa mərmiləri çatdırıb. Mənbənin sözlərinə görə, yaxın günlərdə bu tipli silah-sursat daha çox olacaq.
Məlumatda həmçinin qeyd olunur ki, 800 milyon dollarlıq son yardım paketi çərçivəsində ABŞ Ukraynaya 40 minə yaxın mərmi göndərəcək. Rəsmi həmçinin bildirib ki, amerikalı mütəxəssislər Ukrayna xaricində 50-yə yaxın ukraynalı haubitsa təlimatçısına təlimlər başlayıb, lakin bunun hansı ölkədə baş verdiyini açıqlamayıb.
“Onlar haubitsalardan istifadə etmək üçün təlim keçəcəklər, sonra isə Ukraynaya qayıdıb həmkarlarına təlim keçə biləcəklər”, deyə Pentaqonun sözçüsü bildirib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya