ABŞ Ukraynaya milyardlarla, Gürcüstana isə milyonlarla dollar yardım edəcək

2022-12-30 15:06:00

ABŞ Ukraynaya milyardlarla, Gürcüstana isə milyonlarla dollar yardım edəcək

Hurriyyet.az “Qruzia onlayn” portalına istinadla xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden Ukraynaya və Gürcüstana yardım ayrılmasını nəzərdə tutan büdcə sənədini imzalayıb.

2023-cü ilin sentyabr ayına qədər Ukraynaya ümumilikdə 45 milyard dollar yardım ayrılması nəzərdə tutulub. Onun 9 milyardı hərbi yardım, 16 milyardı iqtisadi və humanitar dəstək üçün nəzərdə tutulub. 12 milyard dollar isə ABŞ ordusunun öz silah-sursatınının bir qismini Ukraynaya verməsindən sonra Pentaqonun ehtiyatlarını bərpa eləmək üçün ayrılır. 7 milyard dollar isə ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin maliyyələşdirilməsinə yönəldiləcək.

ABŞ-ın 2023-cü il büdcəsində Gürcüstana azı 132 milyon 25 min dollar ayrılması nəzərdə tutulur.

Ümumilikdə, ABŞ-ın 2023-cü il büdcəsi 1,7 trilyon dollar təşkil edir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.174361