ABŞ Ukraynaya milyardlarla dollar hərbi yardım ayırdı

2022-08-25 12:37:00

ABŞ Ukraynaya milyardlarla dollar hərbi yardım ayırdı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ Ukraynaya 2,9 milyard dollar həcmində hərbi yardım paketi ayırıb. Bu barədə açıqlamanı ABŞ Prezidenti Cozef Bayden Ukraynanın Müstəqillik Günü ilə əlaqədar çıxışı zamanı verib: “Son 6 ay ərzində ukraynalılar bütün dünyanı öz qeyri-adi mərdlikləri və azadlıq sevgiləri ilə ilhamlandırıblar. Onlar Rusiyanın tammiqyaslı təcavüzünün qarşısında möhkəm dayanıblar”.

Ağ Evin başçısı bildirib ki, ABŞ Ukrayna xalqını öz mübarizəsində dəstəkləməyə hazırdır.

Bayden deyib: “Mən bu gün fəxrlə bəyan edirəm ki, Ukraynaya 2,98 milyard dollar məbləğində silah-sursat yardımı edəcəyik. İndi Ukrayna HHM sistemlərinə, raket komplekslərinə, cəbbəxanaya, dronlara, radarlara malik ola bilər”.

Bayden administrasiyası indiyə qədər Ukraynaya 10,6 milyard dollara qədər hərbi yardım edib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.075434