ABŞ Ukraynaya "M1 Abrams" tankları tədarük edəcəyi haqda açıqlama verəcək

2023-01-25 11:17:00

ABŞ Ukraynaya

ABŞ hakimiyyəti Ukraynaya Amerika istehsalı olan "M1 Abrams" tanklarının tədarükü ilə bağlı rəsmi açıqlama hazırlayır.
Bu məlumatı "Amerikanın Səsi"nə prezident Co Bayden administrasiyasının nümayəndəsi təsdiqləyib. Mənbə əlavə edib ki, tanklar Ukrayna təhlükəsizliyinə yardım təşəbbüsü (USAI) çərçivəsində alınacaq. Bu da o deməkdir ki, tanklar Pentaqonun ehtiyatlarından götürülməyəcək.
Vəziyyətlə tanış olan üçüncü mənbə isə bildirir ki, ABŞ yaxın bir neçə ay ərzində təxminən 30 "M1 Abrams" tankı tədarük edə biləcək.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.174817