ABŞ Ukraynaya külli miqdarda hərbi yardım ayırdı

2022-05-07 14:46:00

ABŞ Ukraynaya külli miqdarda hərbi yardım ayırdı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ Ukraynaya əlavə hərbi yardım paketi ayırıb.

Bu səfərki yardımın məbləği 150 milyon dollar təşkil edir.

ABŞ Dövlət katibi Entoni Blinken öz çıxışında belə deyib: “Kremlin ədalətsiz və sərt müharibəsinin başlanmasından iki aydan da çox vaxt keçib. Bu müharibə fonunda Ukrayna xalqının nailiyyətlərinə heyran qalmamaq mümkün deyil. Həmçinin, onların uğur qazanacağına inanmamaq da mümkün deyil. Ukrayna xalqı öz iradəsini və mübarizə qabiliyyətini nümayiş etdirdi”.

Blinken söyləyib ki, “Rusiya tərəfindən edilən hücumlara və törədilən dağıntılara baxmayaraq, Ukrayna azad və müstəqil ölkə olaraq qalacaq”. “Prezidentin göstərişi ilə mən bu gün Pentaqonun silah və təchizat ehtiyatından Ukraynanın silahlanması üçün 150 milyon dollarlıq vəsaitin ayrılmasını təsdiqlədim. Bu səfərki paket 2021-ci ilin avqustundan bəri Pentaqonun ehtiyatlarından Ukraynaya doqquzuncu silah tədarükü paketidir”.

Onun sözlərinə görə, müharibənin başlandığı 24 fevral tarixindən bəri Ukraynanın təhlükəsizliyi üçün təqdibən 3,8 milyard dollar məbləğində silah və texnika yardımı edilib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya