Saat:15:27
Haqqımızda

ABŞ Ukraynaya "Dəmir Qübbə" verəcəyini inkar etdi

2021-09-16 13:34:00

ABŞ Ukraynaya

Daha əvvəl "Politico" ABŞ Konqresinin bir çox üzvünün 2022-ci il üçün müdafiə xərclərinə dair qanun layihəsinə "Dəmir Qübbə" batareyası da daxil olmaqla Ukraynaya yeni hava və raketdən müdafiə sistemlərinin satışını yaxud verilməsini nəzərdə tutan  dəyişikliyi daxil etdiyini bildirmişdi.

Ardınca isə Ağ Evin sözçüsü Cen Psaki, ABŞ-ın Ukraynaya "Iron Dome"-"Dəmir Qübbə" raketdən müdafiə sistemi verməyi planlaşdırdığı ilə bağlı mediada yayılan yalan məlumatlar olduğunu söylədi.

"Bu məlumatı komanda üzvlərimlə yoxlamalıyam. ABŞ və Ukrayna prezidentləri arasında görüş keçirildikdə Kiyevə əlavə yardım göstərəcəyimizi bildirdik.

Ancaq bu məlumatın dəqiqliyini xüsusi olaraq komanda üzvlərimlə dəqiqləşdirməliyəm", deyə xanım Psaki brifinqdə bildirib.

P.S. Görünür, qarşıdan gələn yeni dünya miqyaslı savaşın yaşanacağı bölgələrdən birinin də Ukraynada baş tutacağı ehtimalı böyükdür. 

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR