ABŞ Türkiyənin NATO-da ikinci yerdə durmasını sinirə bilmir - ELDAR SABİROĞLU YAZIR
.jpg)
ABŞ Rusiyanı çökdürmək məqsədilə Türkiyənin zəruri imkanlarından istifadə etməyi qərarlaşdırıb. Görünür, müharibənin ilk vaxtlarında yada düşməyən ehtiyat resurslarını hərəkətə gətirməyin zamanı indi yetişmişdir və Türkiyəni Rusiya ilə savaşa qoşmaq üçün yol xəritəsini seyflərdən buna görə çıxarmağa başlayıb.
Ümumiyyətlə, Birləşmiş Ştatların son 100 illik xarici siyasətində hərbi doktrina məsələsi məxsusi yer tutur və bu zəmində hesablanmamış, daha dəqiq ifadə edəriksə, dövlətin möhkəmliyi və dünyaya ağalıq etmək planları hazır vəziyyətdə prezidentlərin əl çantasında saxlanır, özü də nüvə düymələri ilə birlikdə...
ABŞ qədər öz mənafeyini güdən və bu yolda gərəkirsə, humanitar dəyərləri ayaqlayıb üzərindən keçən ikinci bir dövləti tanıyan varsa, bərabər müzakirə edə bilərik. Demokratiyanı bayraq edib öz istək və arzularını reallaşdırmaq onun üçün hər şeydən irəlidir. Türkiyənin NATO-da ikinci yerdə durmasını sinirə bilmir. ABŞ vəd versə də, sonda dövlətlərarası razılığı aşkar surətdə pozdu və Türkiyəyə F16, F35 hərbi təyyarələrini satmaqdan imtina etdi. Bu gün də Türkiyənin qarşısında şərt qoyur və hətta xəbədarlıqla təhdid edir.
Deməli, Türkiyə ərazisindən Rusiyaya uçan sərnişin təyyarələri xidməti və texniki cəhətdən ciddi yoxlanılmalı, lazım gələrsə uçuş dayandırılmalıdır. Mənim Rusiyanı zərrəcə müdafiə etmək məqsədim yoxdur və olması da mümkünsüzdür. Lakin burada əgər insan faktorundan söhbət ediriksə, məsələnin bu tərzdə qoyuluşu tamamilə humanitar prinsiplərə ziddir.
Bu da Amerikanın silahsız, terrorla əlaqəsi olmayan və müxtəlif milli mənsubiyyət daşıyan sərnişin təyyarələrinin aqibəti. Nə etməli ki, Baydenin ürəyi belə istəyir.

Eldar SABİROĞLU
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya