ABŞ tırlarla silah göndərdiyi PKK-nın adını çəkmədən Türkiyəyə hücumlarını qınadı

2021-10-13 12:18:00

ABŞ tırlarla silah göndərdiyi PKK-nın adını çəkmədən Türkiyəyə hücumlarını qınadı

 

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Türkiyə sərhədindəki terrorçulara minlərlə tır silah-sursat və digər təchizat göndərən ABŞ özünün bəslədiyi terrorçuların Türkiyəyə hücumunu qınayıb. ABŞ XİN-in mətbuat nümayəndəsi Ned Prays  YPG/PKK terror təşkilatı tərəfindən Türkiyəyə hücumlar barəsində terror təşkilatının adını çəkmədən belə deyib: “Türkiyəyə qarşı sərhədin o tayından aparılan əməliyyatları qınayırıq. Suraya qətlə yetirilən iki türk polisinin ailələrinə başsağlığı diləyirik. Atəşkəs bölgələrində bütün tərəflərin atəşkəsə riayət eləməsi, Suriyada sabitliyin gücləndirilməsi və siyasi həll üçün çalışmaq əsasdır. Türkiyə bizim NATO-da mühüm müttəfiqimizdir və terrorla mübarizədən tutmuş Suriyada döyüşlərin dayandırılmasına qədər bir çox sahədə ortaq maraqlarımız var. Suriya siyasəti məsələsində Ankara ilə yaxın məşvərətlərimizi davam etdirəcəyik”. 

Hürr Tərcüman