Saat:11:04
Haqqımızda

ABŞ təyyarədaşıyanının göyərtəsində Naməlum Uçan Obyekt - VİDEO

2021-10-16 16:06:00

ABŞ təyyarədaşıyanının göyərtəsində Naməlum Uçan Obyekt - VİDEO

İran KİV-ləri Aralıq dənizində üzən ABŞ təyyarədaşıyan gəmisinin göyərtəsindəki Naməlum Uçan Obyektin görüntülərini yayıb.

İnqilab Keşikçiləri Korpusuna bağlı olan “Tasnim” agentliyinin yaydığı görüntülərə əsasən üçbucaq formasında olan nəhəng obyekt təyyarədaşıyanın göyərtəsindədir. Həmin kadrların ABŞ Hərbi Hava Qüvvələrinin qırıcılarından birinin kabinəsindən çəkildiyi bildirilir.

Agentlik “Daily Star” nəşrinə istinadən qeyd edir ki, 2018-ci ildə çəkilmiş həmin görüntülər bu yaxınlada YouTube-ə yüklənib. Şərhlərdə sosial şəbəkə istifadəçiləri təxmin ediblər ki, həmin Naməlum Uçan Obyekt ABŞ-ın olduqca məxfi TR-3 “Black Manta” kəşfiyyat təyyarəsi ola bilər. Bu kəşfiyyat təyyarəsinin mövcudluğu heç vaxt rəsmən təsdiqlənməyib, bununla belə onun görüntüləri bir neçə dəfə internetdə yayılıb və ehtimal edilir ki, ABŞ Hərbi Hava Qüvvələri neçə vaxtdır onu istifadə edir.

"Tasnim" agentliyinin yaydığı bu görüntülər təxminən 3 ay əvvəl YouTube-də yerləşdirilib, portalda üçbucaq formalı həmin naməlum uçan obyektə dair başqa görüntülər də var...

İnternet mənbələrində yer alan məlumatlara görə TR-3B “Black Manta” təyyarəsi (əslində o, formaca təyyarəyə qətiyyən oxşamır və fantastika filmlərindəki naməlum uçan obyektləri xatırladır) ABŞ Hərbi Hava Qüvvələrinin məxfi “Avrora” layihəsi çərçivəsində işlənib hazırlanır, bu layihə üzərində iş 20-ci əsrin sonlarında başlayıb. Layihənin maliyyələşdirilməsi Hərbi Hava Qüvvələrinin “qara kassasından” həyata keçirilir. Layihəyə nə qədər vəsait qoyulduğu haqda heç bir məlumat yoxdur.

 

Hesab edilir ki, TR-3B “Black Manta” uzunluğu 182, eni 98 metr olan aerokosmik platformadan ibarətdir, üçbucaq formasında olduğuna və tamamilə səssiz uçduğuna görə onu naməlum uçan obyektlərə, yaxud “uçan boşqablara” bənzədirlər. Bəzi versiyalara görə, uçan aparat kombinə edilmiş nüvə mühərriki ilə işləyir, bu mühərriki “Rockwell” şirkətinin işləyib hazırladığı bildirilir. Həmin şirkət B-2 “Spirit” strateji bombardmançısının konstruksiyasını da hazırlaması ilə bilinir.

Bu uçan aparat bir neçə dəfə Amerika səmalarında da görünüb və sakinlər onun uzaqdan çəkilmiş görüntülərini internetdə yerləşdiriblər, amma heç vaxt Pentaqon bu xəbərləri şərh etməyib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR