"ABŞ texnologiyaların istehsalında liderliyin Çindən Hindistana keçməsinə çalışır" - ELXAN ŞAHİNOĞLU

2023-02-17 12:43:00

"Vaşinqton Dehli ilə hərbi əməkdaşlığın qarşılığında Hindistanın Rusiyadan hərbi texnika alışını azaltmasını istəyir"

"Vaşinqton Dehli ilə əlaqələri genişləndirməyə çalışır. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanla Hindistan baş nazirinin təhlükəsizlik müşaviri Adcit Dovalla Vaşinqtonda keçirilən görüşündə hərbi əməkdaşlığını genişləndiriməsi yolları müzakirə olunub. Tərəflər super bilgisayarlar və yüksək texnologiyalar sahələrində əlaqələrin genişlədirilməsini vacib olduğunu bildiriblər. ABŞ prezidenti Co Bayden və Hindistanın baş naziri baş nazir Narendra Modi daha əvvəl bu barədə razılığa gəliblər". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloqun sözlərinə görə, "New York Times" qəzetində yayımlanan məqalədə Ağ Evin vaxtilə bu sahələrdə Çinlə əməkdaşlığa üstünlük verdiyi yazılıb: "Həmin dövr geridə qalıb. Hazırda Çin və ABŞ yüksək texnologiyalar sahəsində rəqib ölkələrdir. Vaşinqton müxtəlif texnologiyaların istehsalında liderliyin Çindən Hindistana keçməsinə çalışır. Bu asan olmayacaq. Çin yarımkeçiricilərin istehsalında liderliyini qoruyur. Digər tərəfdən, Çin az qala dünyanın yarısına 5G texnologiyalarını ixrac edir. Çini bu sahədə sıxışdırmaq çətin olacaq. Buna baxmayaraq, ABŞ-ın böyük şirkətləri Çindən Hindistana və Vyetnama köçməyə başlayıblar. Ancaq həmin şirkətlər bəzi problemlərlə üzləşiblər. Hindistanda və Vyetnamda istehsalı artırmaq üçün müasir infrastruktur yaradılmalıdır, şirkətlər bürokratik əngəllərlə üzləşməməlidirlər".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, ABŞ süni intellektin yaradılması çalışmalarında da Hindistanla əlaqələri genişləndirməyə çalışır: "Bundan başqa, iki ölkə hərbi texnika üçün birgə mühərrik istehsalına başlamağı nəzərdə tuturlar. Bu işə Amerikanın məşhur "General Electric" şirkəti cəlb olunacaq. ABŞ Hindistan vətəndaşlarınz tətbiq etdiyi viza sistemini yumşaltmalıdır. Çünki hazırki məhdudiyyətlə proqram tərtibatçısı olan hindlilər ABŞ-da çalışa bilmirlər. Vaşinqton Dehli ilə hərbi əməkdaşlığın qarşılığında Hindistanın Rusiyadan hərbi texnika alışını azaltmasını istəyir. Bunun üçün Hindistan-ABŞ hərbi əməkdaşlığı o səviyyədə genişlənməlidir ki, Dehli eyni adlı hərbi texnikanı ABŞ-dan ala bilsin. Hindistan mikro çiplərin istehsalı məsələsində Amerikadan dəstək gözləyir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.142204