ABŞ təmsilçisi yenidən İrəvana gedir
2024-07-08 17:01:19

Hurriyyet.az xəbər verir ki, Ermənistandakı USAID missiyasının verdiyi məlumata görə, təşkilatın başçısı Samanta Pauer 8-11 iyul tarixlərində İrəvanda səfərdə olacaq.
Açıqlamada deyilir: "Səfərdə məqsəd ABŞ ilə Ermənistanın tərəfdaşlığının dərinləşməsi, USAID təşkilatının Ermənistan hökumətinin islahat proqramını dəstəkləməsini vurğulamaq, Ermənistanın dayanıqlılığının yüksəldilməsi üçün səyləri artırmaqdır".
Samanta Pauer dəstək vermək məqsədi ilə Qarabağdan olan ermənilərlə də görüşməyi planlaşdırır.
Hürr Tərcüman
