ABŞ tarixində ilk dəfə - Arktikaya səfir təyin edildi

2022-08-29 08:25:00

ABŞ tarixində ilk dəfə - Arktikaya səfir təyin edildi

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ öz tarixində ilk dəfə Arktikaya səfir təyin edib. Qərar barəsində ötən şənbə ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel məlumat verib.

Rusiya Silahlı Qüvvələrinin Arktikada hərəkətlərini fəallaşdırması fonunda ABŞ öz tarixində ilk dəfə planetin bu hissəsinə səfir təyin eləmək qərarına gəlib.

Patelin sözlərinə görə, ABŞ-ın Arktikadakı səfiri 7 digər Arktika ölkəsi – Kanada, Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveç və Rusiya Federasiyası ilə əlaqə saxlayacaq. Diplomat həmçinin, Arktika məsələləri üzrə “tərəfdaşlarla” təmasda olacaq.

ABŞ-ın Dövlət katibi Entoni Blinken bu yaxınlarda bildirmişdi ki, Arktika regionunda sülh və sabitlik çox mühümdür və ABŞ üçün prioritet məsələdir.

Amerika diplomatiyasının başçısı yeni səfirlin namizədliyinin yaxın zamanda təsdiqlənmək üçün Senata təqdim ediləcəyini də bəyan edib.

Ekspertlər diqqətə çatdırırlar ki, ABŞ-ın Arktikaya səfir təyin eləmək qərarı Rusiyanın şimal enliklərdəki hərbi proqramlarını fəallaşdırması və Çin Xalq Respublikasının Arktikada elmi stansiyalar yaratması dövründə baş verir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.096864