Saat:06:05
Haqqımızda

"ABŞ Suriyanın yeni hakimiyyətini dəstəkləyir" - Sanksiyalar ləğv edildi

2025-01-07 10:37:33

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken Birləşmiş Ştatların Suriyada hakimiyyətin yeni hökumətin ixtiyarına keçməsini alqışladığını bildirib.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin məlumatına görə, Blinken bu sözləri Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal Ben Fərhan Əl Səud ilə görüşü zamanı söyləyib. Blinken Suriya xalqına etdiyi yardıma görə, Səudiyyə Ərəbistanı hökumətinə təşəkkürünü bildirib.
Qeyd edək ki, yanvarın 6-da ABŞ Maliyyə Nazirliyi  Suriyanın hakimiyyət orqanları ilə bağlı əməliyyatları, enerji resurslarını və bu respublikanın Mərkəzi Bankı vasitəsilə pul köçürmələrin sanksiyalardan azad edib. Müvafiq lisenziya Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi tərəfindən nəşr edilib.
Xatırladaq ki, Suriyanın yeni lideri Əhməd əş-Şara ötən günlərdə Qərbin Dəməşqə qarşı sanksiyalarının ləğv edilməsini və ABŞ-ın Suriyaya humanitar yardım göndərməsini xahiş etmişdi.
ABŞ ötən ay digər adı Əbu Məhəmməd əl-Colani olan HTŞ lideri Əhməd əş-Şara haqqında məlumat üçün 10 milyon dollar mükafat verilməsi qərarını da ləğv etmişdi.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.208423