ABŞ Suriyadakı İran hədəflərini bombaladı

2022-08-24 09:31:00

ABŞ Suriyadakı İran hədəflərini bombaladı

Hurriyyet.az xəbər verir ki, Prezident Cozef Baydenin əmri ilə ABŞ HHQ Suriya ərazisindəki obyektlərə aviazərbələr endiriblər. ABŞ həmin oyektlərin İslam İnqilabı Keşkçiləri Ordusuna məxsus olduğunu iddia edir. Bu barədə açıqlamanı ABŞ HQ Mərkəzi Komandanlığı verib. Açıqlamada deyilir: “Prezident Co Baydenin göstərişi ilə ABŞ Silahlı Qüvvələri bu gün Deyr əz Zor əyalətinə nöqtəvi zərbələr endiriblər”. Məlumatda bildirilir ki, “aviazərbələrin hədəfləri İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı qruplaşmalar tərəfindən istifadə edilən infrastrukturlar olub”.

Baydenin bu əmri “Amerika personalının iranpərəst qrupların hücumundan müdafiəsi üçün” verdiyi deyilir.

ABŞ Hava Qüvvələrinin Mərkəzi Komandanlığının açıqlamasında bildirilir: “ABŞ münaqişəyə can atmır, lakin öz vətəndaşlarının müdafiəsi üçün zəruri tədbirlər görməyədavam edəcək”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.090395