ABŞ Suriyadakı hərbi bazasını kürd qüvvələrinə verdi
2025-06-03 12:17:08

Hurriyyet.az xəbər verir ki, ABŞ Suriyada mövcud olan 3 hərbi bazasından imtina edib.
Birləşmiş Ştatlar bu ölkədəki hərbi varlığını məhdudlaşdırmaq addımları çərçivəsində Suriya ərazisindəki iki hərbi bazasını bağlayıb, biri isə kürdlərin Suriya Demokratik Qüvvələrinin nəzarətinə verib.
Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalına məlumat verən Pentaqondakı mənbə ötən bir neçə həftə ərzində 500 nəfərə yaxıb amerikalı hərbiçinin Suriyadan çıxarıldığını bildirib.
Mənbə deyib: "500 nəfərə qədər amerikalı hərbçi Suriyadan çıxarılıb. Ölkə ərazisindəki iki hərbi baza bağlanıb, biri isə Suriya Demokratik Qüvvələrinə verilib. Suriyadakı Amerika qüvvələrinin konsolidasiyası düşünülüb və təhlükəsizdir".
Hürr Tərcüman
