"ABŞ son ukraynalı qalana qədər Rusiya ilə mübarizəni davam etdirir" - PESKOV

2022-12-22 15:28:00

"Ukrayna ordusunun istifadə etdiyi bütün silahlar kimi "Patriot" sistemləri də Rusiya ordusunun hədəfi olacaq"

Bu gün Moskvada jurnalistlərə açıqlama verən Rusiya prezidenti Vladimir Putinin yaxın silahdaşı, Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfərini dəyərləndirib.

Hurriyyet.az xəbər verir ki, Kremlin sözçüsü ABŞ-ın Ukraynaya göndərəcəyi "Patriot" hava hücumundan müdafiə sistemlərinin Rusiya ordusunun qanuni hədəfi olacağını ifadə edərək, "ABŞ faktiki və dolayısı ilə son ukraynalı qalana qədər Rusiyaya qarşı mübarizəni davam etdirir", deyə qeyd edib.

ABŞ-ın Ukraynaya göndərəcəyi "Patriot" sistemlərinin Rusiya ordusunun "qanuni hədəfi" olub-olmayacağı ilə bağlı sualı cavablandıran Peskov Ukrayna ordusunun istifadə etdiyi bütün silahlar kimi "Patriot" sistemlərinin də hədəfləri olacağını vurğulayıb.

O, həmçinin Ukraynaya silah tədarükünün artırılmasının mövcud vəziyyətin həllinə kömək etmədiyini də əlavə edib.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.213080