ABŞ Somalini bombaladı
2021-07-21 15:20:00

Hurriyyet.org xəbər verir ki, ABŞ ordusu Prezident Cozef Baydenin vəzifə başına gəlməsindən sonra ilk dəfə olaraq, Somalinin Eş Şebab təşkilatının döyüşçülərinə hava hücumu edib.
Pentaqonun mətbuat təmsilçisi Sindi Kinq öz açıqlamasında hava hücumunun paytaxt Moqadişodan 700 km şimal-şərqdə həyata keçirildiyini, ilkin məlumata görə, dinc əhalinin hücumdan zərər çəkmədiyini bildirib.
ABŞ-ın Somalidə bundan əvvəlki axırıncı hava hücumu Baydenin andiçmə mərasimindən bir gün əvvəl, 19 yanvar tarixində baş vermişdi.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya