ABŞ sistemləri bizə buna görə lazımdır - Zelenski

2022-06-01 10:45:00

ABŞ sistemləri bizə buna görə lazımdır - Zelenski

Ukrayna hərbçiləri ABŞ-dan alacağı çoxsaylı buraxılış raket sistemləri ilə Rusiya ərazisinə hücum etmək niyyətində deyil, bu silahdan yalnız rus işğalçılarından müdafiə üçün istifadə edəcəyik.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, Kiyevi uzaqmənzilli silahlarla təmin etmək çağırışları Ukrayna ərazisini qorumaq məqsədi daşıyır:

“Ağ Evdə kimsə deyir ki, guya biz onlardan Rusiyaya hücum etmək üçün istifadə edə bilərik. Baxın, biz Rusiyaya hücum etmək fikrində deyilik. Bizi Rusiya maraqlandırmır, biz onların ərazisində döyüşmürük”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya