ABŞ sərmayədalarına Rusiyaya investisiya qoymaq qadağan edildi
2022-06-07 19:13:00

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, ABŞ-da Amerika vətəndaşlarına Rusiyanın borclarına investisiya qoymaq qadağan edilib. Bu barədə məlumatı “Vol Strit Cornel” (The Wall Street Journal) nəşri dərc edib.
ABŞ-ın Maliyyə Nazirliyi qaydaları yeniləyərək, Amerika sərmayədarlarına ikinci əl bazarında Rusiyanın korporativ və ya suveren borclarını almağı yasaqlayıb.
Yenilənən qaydalarda bildirilir ki, ABŞ vətəndaşlarına əvvəlki kimi Rusiyaya yeni investisiyalar qoymaq qadağandır. Lakin, yeni qadağandan sonra “Rusiya Federasiyasının hüquqi şəxsləri tərəfindən buraxılmış həm yeni həm yeni, həm də artıq mövcud olan köhnə borc və səhm kağızlarını almaq qadağandır”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya