Saat:01:27
Haqqımızda

ABŞ Senatının Ödəniş Komitəsi "Artsaxa" 2 milyon dollar yardım ayırmağı təklif edir

2021-10-20 12:00:00

ABŞ Senatının Ödəniş Komitəsi

ABŞ Erməni Assambleyasının verdiyi məlumata görə, Senatın Ödəniş Komitəsi, 2022-ci maliyyə ili üçün "Artsaxa" 2 milyon dollarlıq yardım göstərilməsi ilə bağlı tövsiyələri özündə əks etdirən qanun layihələrini oktyabrın 18-də yayınlayıb.
Xüsusilə, komitə, ödəmə komissiyalarıyla əvvəlcədən məsləhətləşmə şərti ilə, 2020-ci ildə müharibədən ziyan çəkmiş ərazilərdə humanitar minalardan təmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üçün 2 milyon dollar ayrılmasını tövsiyə edir.
Hesabatda "Dağlıq Qarabağ münaqişəsi səbəbindən didərgin düşmüş" insanlara humanitar yardım göstərilməsi də çağırılıb. Bundan əlavə göstərilir ki, Komitə "uzanan münaqişədən narahatdır" və "Dövlət Katibindən Ermənistan və Azərbaycan üçün qanunun IV başlığı altında göstərilən yardımı göstərməzdən əvvəl, Ödəniş Komitələri ilə məsləhətləşməyi" xahiş edir.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR