ABŞ Senatı Rusiyanın terrorun sponsoru olan dövlət kimi tanınması haqda qətnamə qəbul etdi-son qərarı Co Bayden verəcək

2022-06-24 11:40:00

ABŞ Senatı Rusiyanın terrorun sponsoru olan dövlət kimi tanınması haqda qətnamə qəbul etdi-son qərarı Co Bayden verəcək

ABŞ Senatı Rusiya Federasiyasının terrorçuluğun sponsoru olan ölkə kimi tanınması haqda qətnamə qəbul edib. Respublikaçı senator Kris Kuns izah edib ki, Rusiyanın Ukraynaya qeyri-qanuni işğalı ilə bağlı terror fəaliyyətlərinin himayədarı olan dövlət kimi tanınması ilə bağlı yekun qərarı Co Bayden administrasiyası verməlidir. Senator Kuns həmçinin bildirib ki, komitənin qətnaməsi administrasiyanı bunu etməyə çağırır, çünki əslində Rusiya hələ də terrorun himayədarı kimi müəyyən edilməyib.
“Şübhə yoxdur ki, Vladimir Putin başında durduğu Rusiya terrorun himayədar dövlətidir. Onun Ukraynaya girmək əmri verərək etdiyi hərəkət terror aktı idi. O, hərbi cinayətkardır və onun adına törədilən hər bir cinayətə görə məsuliyyət daşıyır”, deyə Aydaho ştatından respublikaçı senator Ceyms Riş bildirib.
Rişin fikrincə, qətnamə Senatda keçirilən ümumi səsvermədə "əhəmiyyətli sayda səs alacaq".
Dövlət Departamenti dünyada dəfələrlə terror aktını dəstəkləyən dövlətləri terroru himayə edən ölkələr siyahısına alır. Bu qəbildən olan dövlətlər qarşı tətbiq edilən sanksiyalara ABŞ-dan yardım almağa məhdudiyyətlər, müdafiə təyinatlı məhsulların ixracına və satışına qadağa, ikili təyinatlı malların ixracına nəzarət, müxtəlif maliyyə və digər məhdudiyyətlər daxildir. Hazırda siyahıda dörd dövlət var: Kuba, Şimali Koreya, İran və Suriya.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya