ABŞ Senatı rekord qıran 2023-cü il müdafiə büdcəsində Ukrayna və Tayvana hərbi yardımı təsdiqlədi

2022-12-16 23:24:00

ABŞ Senatı rekord qıran 2023-cü il müdafiə büdcəsində Ukrayna və Tayvana hərbi yardımı təsdiqlədi

ABŞ Senatı rekord qıran 2023-cü il müdafiə büdcəsini təsdiqləyib. Bu büdcədə Ukrayna və Tayvana yardımı nəzərə alınır.
Beləliklə, ABŞ Senatı 2023-cü il üçün rekord səviyyədə olan 858 milyard dollarlıq müdafiə büdcəsini təsdiqlədi ki, bu da prezident Co Baydenin təklif etdiyindən 45 milyard dollar çoxdur. Ekspertlərin fikrincə, 2023-cü ilin büdcəsi rekord həddədir. Buraya ABŞ ordusunun maaşlarının artırılması, silah alışının maliyyələşdirilməsi, Çinə qarşı çıxan Tayvana və qismən də Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya subsidiyalar daxildir.
Bundan başqa, Ukraynaya lend-liz çərçivəsində əsas yardım paketi ABŞ-ın hərbi büdcəsindən kənarda ayrıca mövcuddur.
Dekabrın 15-də Avropa İttifaqı da Ukraynaya 2023-cü ildə 18 milyard avro məbləğində yardım göstərilməsi barədə razılığa gəlib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.141627